[b]Şeydayevli “Trabzonspor”dan növbəti qələbə[/b]
05.08.2016 - 11:15
[b]Şeydayevli “Trabzonspor”dan növbəti qələbə[/b]

Azərbaycanlı futbolçu Ramil Şeydayev yeni komandası “Trabzonspor”un heyətində növbəti matçına çıxıb. Apasport.az saytının məlumatına görə, Superliqa təmsilçisi Macarıstan klubu “Qyirmot”la üz-üzə gəlib.

 

Baş məşqçi Ərsun Yanalın 17 oyunçuya şans verdiyi qarşılaşma “bordo-mavililər”in 2:0 hesablı qələbəsi ilə nəticələnib. Türklərin qollarına 28-ci dəqiqədə Yusuf Ərdoğan və 79-cu dəqiqədə Yusuf Yazıcı imza atıblar.

 

Həmyerlimiz Şeydayev son 25 dəqiqəni meydanda keçirib. Belə ki, o, 65-ci dəqiqədə digər yeni transfer Kastilyonu əvəz edib.

 

Qeyd edək ki, Ramil Şeydayev “Trabzonspor”un heyətində yoxlama görüşlərində 2 qol vurub.