[b]Siftə “Qarabağ”dan...[/b]
20.06.2016 - 15:29
[b]Siftə “Qarabağ”dan...[/b]

Azərbaycan çempionu “Qarabağ”ın Lüksemburq təmsilçisi “Düdelanj”la qarşılaşması tarixə ilk kimi düşəcək. Apasport.az saytının məlumatına görə, Çempionlar Liqasının II təsnifat mərhələsi çərçivəsində baş tutacaq görüşlər iki ölkə təmsilçiləri arasında ilk duel olacaq.

 

Belə ki, avrokuboklar tarixində Azərbaycan və Lüksemburq klubları indiyədək görüşməyib.

 

1994-cü ildə qitə miqyaslı turnirlərdə debüt edən Azərbaycan komandaları indiyədək 43 ölkədən olan rəqiblə qarşılaşmışdı. UEFA-nın 55-ci üzvü olan və debütü rəsmiləşməyən Kosovonu saymasaq, təmsilçilərimiz 53 ölkə ilə üz-üzə gələ bilər.

 

İndiyədək 43 ölkə klubları ilə görüşsək də, 10 məkan təmsilçisi ilə matçımız olmayıb. Lüksemburq da bu ondan biridi. Onlarla qarşılaşdıqdan sonra rəqib olmayanların sayı 9-da qalacaq. Amma bu 9 ölkədən biri – Ermənistanla yalnız inandırıcı görünməyən finalda görüşməyimiz mümkündü.