[b]Şimali İrlandiya millisinin futbolçusu totalizatorda ilişdi[/b]
09.08.2016 - 12:47
DÇ-2018-in seçmə mərhələsində Azərbaycan yığmasının rəqibi olan Şimali İrlandiya millisinin futbolçusu Kayl Lafferti cəzalanıb. Apasport.az saytının məlumatına görə, İngiltərənin “Norviç” klubunun hücumçusu totalizatorda oynadığı üçün pul cəriməsinə məruz qalıb.
Kayl 23 min avro cərimə ödəyəcək. Əgər hücumçu yenə mərc oyunlarında iştirak etsə, daha ağır cəzalana bilər. Belə ki, İngiltərə Futbol Assosiasiyasının əsasnaməsində peşəkar futbolçulara pul qoyuluşu etmək qadağandı.
Qeyd edək ki, Lafferti Şimali İrlandiya millisinin heyətində AÇ-2016-nın final mərhələsində iştirak edib.
0
0