DÇ-2018-in seçmə mərhələsi çərçivəsində bu ay Azərbaycan millisini qəbul edəcək Şimali İrlandiyanın heyəti açıqlanıb. Apasport.az saytının məlumatına görə, baş məşqçi Maykl Onil 25 futbolçuya dəvət göndərib.
Çalışdırıcı zədədən əziyyət çəkən Kreyq Ketkartı milliyə çağırmayıb. Əvəzində Uill Qriqq AÇ-2016-dan sonra ilk dəfə yığmanın formasını geyinmək imkanı əldə edib.
Qapıçılar: Maykl MakQovern ("Hamilton", Şotlandiya), Alan Mannus ("Sent-Conston", Şotlandiya), Trevor Karson ("Hartlepul", İngiltərə)
Müdafiəçilər: Qaret MakOli, Conni Evans, Kris Brant (hamısı "Vest Bromviç", İngiltərə), Aron Hyuz ("Kerala", Hindistan), Konor MakLaflin ("Flitvud", İngiltərə), Li Hodson ("Milton Kins Dons", İngiltərə), Rayan MakQivern ("Şrusberi", İngiltərə), Tom Flanaqan ("Barton", İngiltərə)
Yarımmüdafiəçilər: Stiven Devis ("Sauthempton", İngiltərə), Nayall MakQinn ("Aberdin", Şotlandiya), Oliver Norvud ("Redinq", İngiltərə), Ceymi Uard ("Nottingem Forest", İngiltərə), Korri Evans ("Blekbörn", İngiltərə), Şeyn Ferqyuson ("Milluoll", İngiltərə), Styuart Dallas ("Lids", İngiltərə), Paddi MakNeyr ("Mançester Yunayted", İngiltərə), Mattyu Land ("Roşdal", İngiltərə), Pol Peton ("Dandi Yunayted", Şotlandiya)
Hücumçular: Kayl Lafferti ("Birmingem", İngiltərə), Konor Vaşinqton ("Kuinz Park Reyncers", İngiltərə), Uill Qriqq ("Uiqan", İngiltərə), Coş Magennis ("Kilmarnok", Şotlandiya).
Qeyd edək ki, yığmamızla noyabrın 11-də qarşılaşacaq Şimali İrlandiya millisi 4 gün sonra Xorvatiya ilə yoldaşlıq görüşü keçirəcək.