[b]Millimizin rəqibində daha bir futbolçu[/b]
10.11.2016 - 17:35
DÇ-2018-in seçmə mərhələsinin sabah baş tutacaq IV turunda Azərbaycan millisi ilə qarşılaşacaq Şimali İrlandiya yığmasının heyətində daha bir dəyişiklik olub. Apasport.az saytının məlumatına görə, Maykl Daffi heyətə cəlb edilib.
Baş məşqçi Maykl Onil 22 yaşlı hücumçunu yığmamızla seçmə, 3 gün sonra Xorvatiya ilə yoxlama oyunlarına dəvət edib. Şotlandiyanın “Dandi” klubunda çıxış edən futbolçu Liam Boysun ardından heyətə əlavə edilən 2-ci futbolçu olacaq.
Qeyd edək ki, bu iki futbolçu zədə üzündən heyətdən çıxarılan Ceymi Uord və Stüart Dallası əvəzləyib.
0
0