[b]Şimali irlandiyalı futbolçu Azərbaycanla oyunu yada saldı[/b]
19.11.2016 - 15:19
[b]Şimali irlandiyalı futbolçu Azərbaycanla oyunu yada saldı[/b]

“Almaniya ilə matçda meydana çıxmayanda əzmkarlığım daha da artdı. Başa düşdüm ki, komandada möhkəmlənmək üçün performansımı daha da artırmalıyam”. Apasport.az saytının məlumatına görə, bunu Şimali İrlandiya yığmasının müdafiəçisi Konor Maklaflin deyib.

 

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan üzərində böyükhesablı (4:0) qələbə qazanan britaniyalılar xallarının sayını 7-yə yüksəldərək, yığmamızı turnir cədvəlində üstələyib. Qarşılaşmada 3-cü qolun müəllifi olan Maklaflin yeni ili daha rahat qarşılayacaqlarını söyləyib.

 

25 yaşlı sağ cinah müdafiəçisi yerli mətbuata açıqlamasında yığmamızla Belfastdakı görüşün əhəmiyyətindən bəhs edib: “Almaniyaya məğlubiyyətdən (0:2) sonra Azərbaycanla oyunun əhəmiyyəti bizim üçün artmışdı. Uşaqların əzmkar oyunu sayəsində qazanılan qələbə gözəl oldu. Bu görüşdə əldə etdiyimiz 3 xal bizim üçün çox önəmlidi. İndi mart ayında keçirəcəyimiz növbəti oyunlar öncəsi ikinci pillədə qərarlaşırıq ki, bu da hədəflədiyimiz mövqedi”.

 

Qeyd edək ki, Şimali İrlandiya yığması 2017-ci ildə ilk oyununu martın 26-da Norveçə qarşı keçirəcək. Millimiz isə həmin gün lider Almaniyanı qəbul edəcək.