[b]"Sneyder İtaliyaya qayıtmaq istəyir" - meneceri[/b]
30.06.2017 - 13:22
[b]"Sneyder İtaliyaya qayıtmaq istəyir" - meneceri[/b]

“Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyder karyerasını yenidən İtaliyada davam etdirə bilər. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, hollandiyalı futbolçu “Sampdoriya”nın maraq dairəsindədi.

 

ABŞ klublarının da diqqət mərkəzində olan 33 yaşlı oyunçu özü İtaliyaya dönməyin tərəfdarıdı. Bunu onun meneceri Qido Albers də təsdiqləyib. O bildirib ki, Sneyder gələn il keçiriləcək dünya çempionatına yollanmaq üçün “Sampdoriya” variantına müsbət yanaşır: “Uesli özü də “Sampdoriya”ya keçmək istəyir. Təkliflər göndərən komandalar arasında ilk seçim “Sampdoriya” olacaq. Sneyder getdiyi yerlərdə insanların könlünü fəth etməyi bacarıb. “Sampdoriya”da da heç vaxt problem yaşamaz”.

 

“Qalatasaray”da illik qazancı 5 milyon avro olan Hollandiya millisinin kapitanı bu məsələdə güzəşt etməyə də hazırdı. Belə ki, keçid reallaşarsa, onun “Sampdoriya”da illik məvacibi 2 milyon avro olacaq.

 

Qeyd edək ki, Uesli Sneyder “Qalatasaray”a 2013-cü ildə “İnter”dən keçib.