[b]Söyüş söyən futbolçunun cəzası açıqlandı[/b]
22.03.2016 - 14:15
[b]Söyüş söyən futbolçunun cəzası açıqlandı[/b]

AFFA İntizam Komitəsi (İK) I Divizionun XVIII turunda baş tutan 3 oyunla bağlı müzakirələr aparıb. Apasport.az saytının məlumatına görə, İK, xüsusən də, “Bakılı” – “Şərurspor” görüşündəki neqativ halları cəzasız qoymayıb.

 

Belə ki, matçın 82-ci dəqiqəsində “Bakılı”nın futbolçusu Qafar Əliyev rəqibi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 3 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

Oyunun 86-cı dəqiqəsində “Bakılı”nın üzvü Ramil Həşimzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

Bundan başqa, “Göyəzən” – “Qaradağ Lökbatan” qarşılaşmasının 60-cı dəqiqəsində “Göyəzən”li Vüsal İbrahimov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.

 

Həmçinin “Bakı” – “Zaqatala” oyununda birincilərin 4 oyunçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.