[b]Spalletti “Roma”dan ayrıldı[/b]
30.05.2017 - 11:30
[b]Spalletti “Roma”dan ayrıldı[/b]

“Roma” baş məşqçisiz qalıb. Apasport.az saytı xəbər verir ki, “canavarlar”ın çalışdırıcısı Luçano Spalletti postunu tərk edib.

 

Məlumatı klubun rəsmi saytı yayıb.

 

“Roma”nın prezidenti Cim Pallotta 58 yaşlı mütəxəssisə təşəkkür edib: “Komandada gördüyü böyük işə görə ona minnətdarıq. Gələcək karyerasında Luçanoya uğurlar arzulayırıq. Klub inkişafını davam etdirəcək. Yeni məşqçi “Roma”nın fəlsəfəsini davam etdirəcək”.

 

Qeyd edək ki, Spallettinin rəhbərliyi altında “Roma” A seriyasının başa çatan mövsümünü ikinci pillədə bitirib.