[b]Sportnet.az 2 yaşında! [/b]
14.05.2016 - 11:35
[b]Sportnet.az 2 yaşında! [/b]

Bu gün Sportnet.az saytı üçün əlamətdar gündür. Apasport.az saytının məlumatına görə, adıçəkilən idman portalı ad gününü qeyd edir.

 

2014-cü il mayın 14-də rəsmən fəaliyyətə başlayan Sportnet.az 2 yaşını tamamlayır.

 

Sportnet.az AFFA-nın Media Komitəsinin üzvlüyünə qəbul olunan saytlardan biridi. Üstəlik, aprel - iyun aralığında maliyyələşdirilmək üçün bu quruma təqdim edilən, qalib gələn layihələrdən biri də Sportnet.az-ın idi. Bu, "Olimpiada: Azərbaycan üçün "idman ölkəsi" imicini təsdiqləmək imkanı" mövzusunda işlənəcək 3 aylıq layihədir.

 

Apasport.az saytının kollektivi bu xoş gün münasibətilə Sportnet.az-da çalışan həmkarlarını təbrik edir, onlara bundan sonrakı fəaliyyətlərində də uğurlar arzulayır.