"Azərbaycanla oyun bizim üçün çox önəmlidi. Görüşün nəticəsi qrupdakı gələcək taleyimizi müəyyənləşdirəcək". Apasport.az saytının məlumatına görə, bu sözləri Şimali İrlandiya yığmasının kapitanı Stiven Devis deyib.
Təcrübəli futbolçu Azərbaycan millisi ilə DÇ-2018-in seçmə mərhələsi çərçivəsində baş tutacaq görüşdən öncə mətbuat konfransında iştirak edib.
31 yaşlı yarımmüdafiəçi millimizi yaxşı analiz etdiklərini bildirib: "Müdafiəyə daha çox fikir verirlər. Rəqib əks-hücumda çox təhlükəlidi. Heyətlərində güclü futbolçular var".
Devisin fikrincə, sabahkı görüş komandasının qrupdakı mövqeyinin müəyyənləşdirilməsində vacib rol oynaya bilər. O, ev oyunularında maksimum xal toplamağa çalışdıqlarını da söyləyib.
Qeyd edək ki, noyabrın 11-də Belfastdakı "Vindsor Park" stadionunda keçiriləcək Şimali İrlandiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.