[b]Suarezin qənimi, “Qəbələ”nin köhnə tanışı[/b]
23.07.2017 - 17:09
[b]Suarezin qənimi, “Qəbələ”nin köhnə tanışı[/b]

Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək “Panatinaikos” – “Qəbələ” oyunun baş hakimi Xuan Martinez Munuera komandamız üçün tanışdı.

 

Belə ki, ötən mövsüm Avropa Liqasının qrup mərhələsi çərçivəsində baş tutmuş “Sent-Etyen”lə Bakıdakı qarşılaşmada ispaniyalı referi də iş başında olub.

 

Baş hakim Karlos Del Serro Qrandenin briqadasında yer almış Munuera qapıarxası hakim funksiyasını yerinə yetirib. Həmin oyun təmsilçimizin 1:2 hesablı yenilgisi ilə başa çatıb.

 

Munuera ötən il bir dəfə də Luis Suarezin cəzalanması hadisəsində diqqət mərkəzinə gəlib. İspaniya Kuboku uğrunda “Espanyol”la oyunda rəqibini təhqir edən uruqvaylı futbolçunun hərəkətini protokolda qeyd edən hakim onun iki oyunluq cəzalanmasına səbəb olmuşdu.

 

35 yaşlı ədalət təmsilçisi 2013-cü ildən La Liqada oyun idarə edir. O, 2015-ci ildə FİFA dərəcəsi alıb.