[b]Subotiç “Qəbələ” ilə görüşü buraxacaq?[/b]
19.10.2015 - 09:46
[b]Subotiç “Qəbələ” ilə görüşü buraxacaq?[/b]

Avropa Liqasının qrup mərhələsində “Qəbələ”nin qonağı olacaq Dortmund “Borussiya”sının daha bir futbolçusu zədədən əziyyət çəkir. Apasport.az saytının Almaniya mətbuatına istinadən məlumatına görə, müdafiəçi Neven Subotiçin durumu ürəkaçan deyil.

 

Marsel Şmeltser, Erik Durm və Nuri Şahinlə yanaşı, Subotiçin də vəziyyətinin qənaətbəxş olmaması baş məşqçi Tomas Tuheli narahat edir. Sonuncu dəfə avqustun 23-də Bundesliqanın II turunda “İnqolştadt”la qarşılaşmada meydançaya çıxan xorvatiyalı müdafiəçi dönüşünü oktyabrın 1-də PAOK-la matçda qeyd etmişdi. Lakin məşqlərdə yenidən ayağında ağrılar hiss edən 26 yaşlı oyunçu Avropa Liqasındakı oyundan sonra Bundesliqada “Bavariya” və “Maynz”la görüşləri buraxmalı olmuşdu.

 

Düzdü, təcrübəli mərkəz müdafiəçisi yenidən məşqlərə başlayıb. Ancaq onun “Qəbələ” ilə qarşılaşma üçün Bakıya gətirilib-gətirilməyəcəyi hələ məlum deyil.

 

Qeyd edək ki, “Qəbələ” – “Borussiya” oyunu oktyabrın 22-də “Bakcell Arena”da keçiriləcək.

0