[b]Super Liqa klubunda baş məşqçi istefası[/b]
04.04.2018 - 09:21
[b]Super Liqa klubunda baş məşqçi istefası[/b]

“Olimpiakos”da baş məşqçi istefası reallaşıb. Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, Yunanıstan təmsilçisi ispan mütəxəssis Oskar Qarsiya ilə yollarını ayırıb.

 

Buna səbəb Super Liqa klubunun cari mövsümdəki çıxışıdı. Hazırda “ağ-qırmızılar” 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Sona 4 tur qalmış komanda lider AEK-dən 9 xal geri qalır.

 

Qeyd edək ki, Oskar Qarsiya “Olimpiakos”u bu ilin yanvarından çalışdırırdı.