UEFA Superkubokunun hakimləri açıqlanıb. Apasport.az saytının məlumatına görə, “Real” və “Mançester Yunayted” arasında qarşılaşmanı italiyalı hakimlər briqadası idarə edəcək.
Avqustun 8-də baş tutacaq qarşılaşmada Canluka Rokki fit çalacaq. Makedoniyanın paytaxtı Skopyedəki görüşdə 43 yaşlı referiyə həmyerliləri Elenito Di Liberatore və Mauro Tonolini kömək edəcək. Əlavə hakim köməkçisi funksiyasını David Massa ilə Massimiliano İrrati yerinə yetirəcək. Ehtiyat hakim Rikkardo Di Fiore olacaq. Dördüncü hakim funksiyası isə fransalı Klement Turpinə tapşırılıb.
Qeyd edək ki, UEFA Superkuboku Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi