[b]Superkubokun qalibi müəyyənləşdi[/b]
15.07.2017 - 09:33
Rusiya Superkubokunun qalibi bəlli olub. Apasport.az saytının məlumatına görə, həlledici görüşdə “Spartak”la “Lokomotiv” üz-üzə gəlib.
Moskva klublarının duelində son çempion “Spartak” ölkə kubokunun qalibi “Lokomotiv” üzərində çətin qələbə qazanıb – 2:1. Bununla da “Spartak” tarixində ilk dəfə bu titular yiyələnib. Komanda indiyə qədər 3 dəfə (2004, 2006, 2007) Superkubokda iştirak etsə də, hamısında məğlub olmuşdu.
“Spartak” – “Lokomotiv” – 2:1
Qollar: Luiz Adriano, 101; Promes, 113 – Fernandes, 116
0
0