[b]Superkubokun vaxtı bəlli oldu[/b]
09.06.2016 - 00:15
[b]Superkubokun vaxtı bəlli oldu[/b]

UEFA Superkubokun vaxtını dəqiqləşdirib. Apasport.az saytının “Ekip”ə istinadən məlumatına görə, həlledici matç 9 avqustda oynanılacaq.

 

İki ispan klubunun – Çempionlar Liqasının qalibi “Real” və Avropa Liqası kubokunu başı üzərinə qaldıran “Sevilya”nın qarşılaşacağı möhtəşəm qarşılaşma Norveçin Tronxeym şəhərində oynanılacaq.

 

Bundan əlavə klublararasındakı dünya çempionatının keçirilmə vaxtı da təyin olunub. Mundial 8-18 dekabr arası Yaponiyada baş tutacaq.