“Gənclərbirliyi” klubu baş məşqçisi Ümit Ozatla əməkdaşlığa son qoyub. Apasport.az Superliqa təmsilçisinin saytına istinadən xəbər verir ki, 40 yaşlı çalışdırıcı ilə yollar ayrılıb.
Buna “Gənclərbirliyi”nin cari mövsümdəki uğursuz çıxışı səbəb olub. Komanda Ümit Ozatın rəhbəliyi altında ölkə çempionatının ilk 3 turunda cəmi 1 xal toplayıb və turnir cədvəlində sonuncu pillədə qərarlaşıb.
Qeyd edək ki, əvvəllər “Ankaragücü”, “Manisaspor”, “Elazığspor”, “Boluspor”, “Samsunspor” və “Mersin İdman Yurdu” klublarını da çalışdırmış Ümit Ozat ötən ildən “Gənclərbirliyi”nə rəhbərlik edirdi.