[b]Svanadze serbiyalı həmkarını qabaqlayacaq[/b]
03.07.2017 - 13:16
[b]Svanadze serbiyalı həmkarını qabaqlayacaq[/b]

Avropa Liqasının I təsnifat mərhələsi çərçivəsində keçiriləcək “İnter” – “Mladost” oyununun mətbuat konfransı və açıq məşqlərinin tarixi müəyyənləşib. Apasport.az-ın bakılıların rəsmi saytına istinadən məlumatına görə, hər iki komandanın baş məşqçisi qarşılaşmadan bir gün əvvəl jurnalistlər önünə çıxacaq.

 

İyulun 5-də “Dalğa Arena”ya ilk olaraq meydan sahibləri ayaq basacaqlar. Saat 18:30-da baş məşqçi Zaur Svanadzenin mətbuat konfransı təşkil olunacaqsa, bundan yarım saat sonra komanda məşqə çıxacaq.

 

“Mladost”un çalışdırıcısı Nenad Milovanoviç isə media önünə saat 20:00-da çıxacaq. Serbiya klubu 20:30-da da matçöncəsi son məşqini keçəcək. Hər iki komandanın məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq.

 

Qeyd edək ki, “İnter” – “Mladost” görüşü iyulun 6-da “Dalğa Arena”da baş tutacaq. Bu komandalar arasında Serbiyada keçirilən ilk matçda təmsilçimiz 3:0 hesablı qələbə qazanıb.