“Liverpul”un sabiq baş məşqçisi Brendan Rocers yenidən ailə həyatı qurmaq fikrinə düşüb. Apasport.az saytı xəbər verir ki, təxminən 2 ay öncə həyat yoldaşından ayrılan 43 yaşlı çalışdırıcı ikinci dəfə evlilik təklifi edib.
Özü də Rocers bu addımı sıravi vətəndaşların gözü qarşısında atıb. Belə ki, o, 33 yaşlı yeni sevgilisi Şarlott Sirllə görüşə hazırlıqlı gedib.
ABŞ-da, daha dəqiq desək, Nyu-York şəhərinin tanınmış “Tayms-skver” meydanında bir araya gələn cütlük bir anda ətrafdakıların diqqətini cəlb edib.
Buna səbəb isə Rocersin diz çökərək, sevgilisinə evlilik təklifi etməsi olub. Ona gül dəstəsi hədiyyə edən şimali irlandiyalı məşqçi daha sonra əsas məsələyə keçib.
Təbii ki, söhbət evlilik üzüyünün sevgilisinə tərəf uzadılmasından gedir. Onun bu addımı nyu-yorkluların alqışına səbəb olub. Heyrətini gizlədə bilməyən Şarlott Sirl sevgilisinin jestini gülüşlə qarşılayıb.
Bu barədə İngiltərə mətbuatına hadisənin canlı şahidi, “Liverpul” azarkeşi Kreyq Allen məlumat verib: “Gördüm ki, küçənin ortasında bir nəfər diz çöküb, öz xanımına gül dəstəsi verdi, ardınca isə üzük uzatdı. Bu hərəkəti edənin Rocers olduğunu əvvəlcə anlamadım. Bunu biləndə necə təəccübləndiyimi isə təsəvvür edə bilməzsiniz”.
Qeyd edək ki, Rocersin 14 il birgə yaşadığı ilk həyat yoldaşından 1 oğlu və 1 qızı var. Sabiq “Liverpul”lunun yeni xanımı da əvvəllər bir dəfə evli olub. Rocersdən fərqli, Sirlin ilk evliliyindən 1 qızı var.
- Premyer Liqada ayın ən yaxşı məşqçisi bəlli olub
- Yoxlama matçı: "Qalatasaray" 0:3-dən geri döndü
- İngiltərə Futbol Assosiasiyasından “Mançester Siti” açıqlaması: “Lazım gələrsə, tədbir görəcəyik”
- “Qalatasaray”da Lemina sevinci – Komanda ilə məşqlərə başladı
- Vitinya: “Jorje Jezuşun işi artıq nəticə verir”