Asiya Çempionlar Liqasının qrup mərhələsində 2-ci turun oyunları start verilib. Apasport.az saytının məlumatına görə, Təbrizin "Traktorsazi" klubu qrup mərhələsinin ikinci matçında səfərdə BƏƏ-nin “Əl Cəzirə” klubu ilə qarşılaşıb.
Görüş “al qurdlar”ın minimalhesablı qələbəsi ilə başa çatıb. Ərəbləri məyus edən yeganə qolu Bəxtiyar Rəhmani vurub.
Qeyd edək ki, "traktor düzəldənlər" qrupun ilk oyununda da eyni komanda ilə oynamış və 4:0 hesabı ilə qalib gəlmişdi.
Qrupda keçirdiyi hər iki oyunu qələbəylə başa vuran "Traktorsazi" C qrupunun vahid lideridi.
Təbrizlilər qrup mərhələsinin üçüncü oyununu martın 15-də səfərdə Özbəkistan "Paxtakor"una qarşı keçirəcək.
Asiya Çempionlar Liqası
C qrupu
2 mart
“Əl Cəzirə” – “Traktorsazi” - 0:1
Qol: Bəxtiyar Rəhmani, 32