Avropa ölkələrinin milli çempionatlarında mübarizə gərginləşdikcə, komandaların çatışmazlıqları bir-bir üzə çıxır. Apasport.az saytı xəbər verir ki, bir çox Avropa nəhəngi problemli mövqelərini gücləndirmək üçün indidən fəaliyyətə başlayıb.
Böyük klublar transferlərə böyük pullar xərclədiyindən, onlara heç kim ucuz qiymətə oyunçu satmaq istəmir. Bu üzdən nəhənglər digər tərəfdən azad agent statusu daşıyan futbolçuları da diqqətdə saxlayırlar.
Hazırda klubu ilə müqavilə müddəti cari mövsümün sonuna qədər olan kifayət qədər ulduz futbolçu var. Rəhbərləri yanvara qədər onları yeni anlaşmaya razı sala bilməsələr, həmin oyunçular gələn ilin ilk ayından etibarən istədikləri klubla danışığa başlaya biləcəklər.
Bəs, 2017-ci ilin yayında müqavilə müddəti başa çatacaq ulduzlar kimlərdi? Aşağıdakı siyahıda onların ən qabaqcıllarını sizə təqdim edirik.
Arits Aduriz (“Atletik”)
Raul Albiol (“Napoli”)
Xabi Alonso (“Bavariya”)
Holqer Badştuber (“Bavariya”)
Kevin-Prins Boatenq (“Las Palmas”)
Maykl Karrik (“Mançester Yunayted”)
İker Kasilyas (“Porto”)
Santi Kazorla (“Arsenal”)
Qael Klişi (“Mançester Siti”)
Daniele de Rossi (“Roma”)
Fernandinyo (“Mançester Siti”)
Qabi (“Atletiko”)
Keysuke Honda (“Milan”)
Klas-Yan Huntelar (“Şalke”)
Zlatan İbrahimoviç (“Mançester Yunayted”)
Branislav İvanoviç (“Çelsi”)
Loren Koselni (“Arsenal”)
Frenk Lempard (“Nyu-Yokr Siti”)
Stefan Lixtştayner (“Yuventus”)
Lukas Leyva (“Liverpul”)
Per Mertezaker (“Arsenal”)
Con Obi Mikel (“Çelsi”)
Tiaqo Motta (PSJ)
Xesus Navas (“Mançester Siti”)
Andrea Pirlo (“Nyu-York Siti”)
Andrea Poli (“Milan”)
Rikardo Kuarejma (“Beşiktaş”)
Rafinya “Bavariya”)
Bakari Sanya (“Mançester Siti”)
Con Terri (“Çelsi”)
Fernando Torres (“Atletiko”)
Yaya Ture (“Mançester Siti”)
Antonio Valensiya (“Mançester Yunayted”)
David Vilya (“Nyu-York Siti”)
Aksel Vitsel (“Zenit”)
Xavi Ernandes (“Al-Sadd”)
Pablo Zabaleta (“Mançester Siti”)