[b]Təmsilçimiz Avroliqa finalçısı ilə bacarmadı[/b]
20.01.2017 - 00:05
Antalyada təlim-məşq toplanışında olan "Şəmkir" növbəti yoxlama oyunu keçirib. Apasport.az saytının məlumatına görə, I divizion təmsilçisi Ukraynanın “Dnepr” klubu ilə qarşılaşıb.
2014/15 mövsümünün Avroliqa finalçısı ilə matç qərb klubu üçün məğlubiyyətlə yekunlaşıb – 0:2.
Qeyd edək ki, Qəhrəman Əliyevin komandası ilk yoxlama oyununda Türkiyənin "Kuşadası" klubuna 1:0, ikinci matçda isə Qazaxıstanın "Kiran" klubuna 2:1 hesabı ilə qalib gəlib.
Yoxlama oyunu
"Şəmkir" - "Dnepr" - 0:2
Qollar: Koçergin, Koqut
0
0