[b]Teo Uiks “Ermis”ə qayıdır[/b]
25.04.2017 - 11:25
[b]Teo Uiks “Ermis”ə qayıdır[/b]

Azərbaycan Premyer Liqasının 2016/17 mövsümündə gümüş mükafat qazanan “Qəbələ” bəzi futbolçularla yolları ayıracaq. Klubdan apasport.az saytına verilən məlumata görə, komandadan göndəriləcək ilk oyunçunun adı müəyyənləşib.

 

Ötən yay icarəyə götürülən Teo Uikslə əməkdaşlıq davam etdirilməyəcək. Belə ki, “qırmızı-qaralar” 27 yaşlı yarımmüdafiəçinin xidmətində daha maraqlı deyillər. Bu səbəbdən Uiks transfer hüququ məxsus olan Kiprin “Ermis” klubuna qayıdacaq.

 

Təcrübəli futbolçu “Qəbələ”yə gəldiyi ilk vaxtlarda özünü yaxşı tərəfdən göstərməyi bacarmışdı. Təsadüfi deyil ki, Uiks Avropa Liqasında 5 qola imza ataraq, komandasının turnirdəki ən məhsuldar futbolçusu olmuşdu. Lakin sonradan liberiyalı futbolçunun çıxışında eniş müşahidə olunmuşdu. Bunun da nəticəsi olaraq, məşqçilər korpusu Uiksin “Qəbələ”yə lazım olmadığı qənaətinə gəlib.

 

Qeyd edək ki, 2008-ci ildən Liberiya yığmasının şərəfini qoruyan Teo Uiks karyerası ərzində “Ankaraspor”, “Ankaragücü”, “Çaykur Rizəspor”, “Göztəpə” və “Maritimo” klublarının da formasını geyinib.

 

0