[b]Tərlan Əhmədovdan AFFA-ya zəng: Bacarmırlarsa, göndərməyin[/b]
08.02.2017 - 18:01
[b]Tərlan Əhmədovdan AFFA-ya zəng: Bacarmırlarsa, göndərməyin[/b]

Azərbaycan Premyer Liqasının XVII turunun "Qəbələ" - AZAL qarşılaşması qalmaqalsız ötüşməyib. Apasport.az-ın futbolinfo.az saytına istinadən məlumatına görə, hakim idarəçiliyi qonaqların narazılığına səbəb olub.

 

Belə ki, qarşılaşmanın ikinci hissəsində epizodların birində top cərimə meydanı daxilində Daniel Subotiçin əlinə dəysə də, baş hakim İnqilab Məmmədov “davam” qərarı verib.

 

Qonaqların penalti tələb etdiyi epizodda referinin qərarı AZAL-ın baş məşqçisi Tərlan Əhmədovu da qəzəbləndirib. Matçdan sonra təşkil edilən mətbuat konfrasında bu haqda sual verilməsini istəməyən mütəxəssis hirsini telefondan çıxıb. Belə ki, o, AFFA-dan kiməsə zəng vurub və "bacarmırlarsa, göndərməyin" deyərək etirazını bildirib.