[b]Terrini o əvəz edəcək[/b]
23.07.2017 - 22:17
İngiltərə çempionu “Çelsi”nin yeni kapitanı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, yeni mövsümdən “zadəganlar”ı meydana Qari Kehill çıxaracaq.
Bu barədə komandanın baş məşqçisi Antonio Konte açıqlama verib: “Fikrimcə, biz doğru seçim etdik. Kehill meydana çıxacaqsa, kapitanlıq sarğısı da onda olmalıdı. Bunun üçün onda bütün keyfiyyətlər mövcuddu”.
Qeyd edək ki, “Çelsi”ni əvvəlki mövsümlərdə Con Terri kapitan kimi meydana çıxarırdı. Lakin o, bu yay 1998-ci ildən şərəfini qoruduğu London klubunu tərk edərək "Aston Villa"ya üz tutub.
- TFF-də kritik iclasın vaxtı bəlli oldu – Hacıosmanoğlu Berlin səfərindən qayıdır
- Ürəyindən əməliyyat olunmuşdu - Məşqlərə qayıtdı
- “Barselona” “Qalatasaray”la oyuna ehtiyat heyətlə çıxa bilər – SƏBƏB
- TFF Montella ilə yollarını ayırır – Təzminat ödənilməyəcək
- Entoni Teylor hakimləri tanımadığını etiraf etdi – MHK üzvlərindən kömək istədi
0
0