“Çelsi” əfsanəvi futbolçusu Con Terri ilə yollarını ayırıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, 37 yaşlı müdafiəçinin yeni klubu artıq bəllidi.
İngiltərə millisinin sabiq üzvü 1998-ci ildən bəri formasını geyindiyi “Çelsi”ni Çempionşip təmsilçisi “Aston Villa”ya dəyişib. Müqavilə müddəti başa çatdığı üçün yeni klubuna azad agent statusunda keçən Terri bu gün rəsmi anlaşmaya qol çəkəcək.
“Aston Villa”nın sahibi Toni Saya da şəxsi tvitter hesabı vasitəsilə məlumatı təsdiqləyib: “Aston Villa”ya xoş gəldin Con Terri. Tezliklə keçid rəsmən açıqlanacaq”.
Qeyd edək ki, “Çelsi”nin heyətində 717 oyun keçirən Con Terri bu müddətdə 67 qola imza atıb.