[b]Terrordan qorxub, “Qalatasaray”dan imtina etdi[/b]
22.12.2016 - 21:13
[b]Terrordan qorxub, “Qalatasaray”dan imtina etdi[/b]

Moskva “Spartak”ının müdafiəçisi Salvatore Boketti “Qalatasaray”a keçmək fikrindən daşınıb. Apasport.az saytının məlumatına görə, buna səbəb İstanbulda baş verən terror aktıdır.

 

Belə ki, dekabrın 12-də klubla danışıq aparmaq üçün bu ölkəyə yollanmalı olan Boketti ayın 10-da Türkiyə paytaxtında baş verən partlamadan planını təxirə salıb.

 

Qeyd edək ki, qardaş ölkə mətbuatında yer alan xəbərlərə görə, “Spartak”la “Qalatasaray” 5 milyon avro məbləğində razılaşmış, oyunçunun şəxsi müqaviləsinin detalları qalmışdı.