[b]Tino Peres Azərbaycandan nəhslə getdi[/b]
19.04.2016 - 17:26
[b]Tino Peres Azərbaycandan nəhslə getdi[/b]

İspaniyalı baş məşqçi Tino Peres Azərbaycan millisini dünya və Avropa çempionatlarının 13 oyununa çıxarıb. Apasport.az saytının məlumatına görə, 2014-cü ilin oktyabrında bu vəzifəyə təyin olunan və bu gün postundan ayrılmağa qərar verən mütəxəssis AVRO-2016 və DÇ-2016-da komandamıza rəhbərlik edib.

 

O, hər iki turnirin seçmə və pley-off mərhələləri, həmçinin qitə çempionatının final raundunda yığmamızın “sükanı arxası”nda olub. Millimiz Peresin rəhbərliyi altında 7 qələbə qazanıb, 3 heç-heçə edib və eyni sayda məğlubiyyət yaşayıb. İspaniyalı çalışdırıcını 56 qolla sevindirən futzalçılarımız 35 topa üzülüb.

 

Mütəxəssis komandamızı Avropa çempionatında 1/4 finala daşıyıb. Qitənin ən yaxşı 8 komandası siyahısına düşən yığmamız həm də DÇ-2016-ya vəsiqə əldə edib. Tarixində ilk dəfə buna nail olan milli planetin 24 ən yaxşısı arasında qüvvəsini sınayacaq. Bundan başqa, yığmamız dünya reytinqində 10-cü yerə də Peresin dövründə yüksəlib.

 

 

Azərbaycan millisi Tino Peresin rəhbərliyi altında rəsmi oyunlarda

AVRO-2016, seçmə mərhələ

3

2

0

1

16-6

6

AVRO-2016, pley-off

2

1

1

0

4-2

4

AVRO-2016, final mərhələsi

3

1

0

2

8-14

3

DÇ-2016, seçmə mərhələ

3

2

1

0

19-8

7

DÇ-2016, pley-off

2

1

1

0

9-5

4

Cəmi

13

7

3

3

56-35

24

 

0