[b]Tino Peresin müqavilə müddəti bitməyib[/b]
21.04.2016 - 11:52
[b]Tino Peresin müqavilə müddəti bitməyib[/b]

Futzal üzrə Azərbaycan yığmasından ayrılan Tino Peres hələ də ölkəmizdədi. Apasport.az saytının məlumatına görə, ispaniyalı mütəxəssis vətəninə mayda vətəninə qayıdacaq.

 

Buna səbəb eyni anda “Araz” klubunu da çalışdıran çalışdırıcının bu komanda ilə müqavilə müddətinin mövsümün sonuna qədər olmasıdı. Mövsümün sonuna isə çox az vaxt qalıb və Peres Azərbaycanı ölkə çempionu titulu ilə tərk etməyə hazırlaşır.

 

Qeyd edək ki, 2014-cü ilin oktyabrında ölkəmizə gələn Tino Peres həmin vaxtdan bəri Azərbaycan millisi ilə yanaşı, “Araz”ı da çalışdırır.