Topaz Premyer Liqasında mövsümün ilk yarısında keçirilən 56 qarşılaşmanı cəmi 100 min 428 tamaşaçı izləyib. Apasport.az saytının məlumatına görə, çempionatımız 100 mini yalnız XIV turda arxada qoyub.
Bu rəqəm Avropada bəzi oyunlarda qeydə alınan həddədi. Yəni qitədə elə matçlar olur ki, təkcə həmin görüşdəki seyrçi sayı çempionatımızın yarısındakı qədər və ya daha yüksək ola bilir. İki dövrədən sonra orta tamaşaçı sayı 1793-ə bərabərdi.
Ayrı-ayrı komandalara gəlincə, cəmi 6 ev oyunu keçirən “Kəpəz” ümumi tamaşaçı sayının yarıdan çoxunu toplayıb. Yəni, bu 6 qarşılaşmadakı azarkeşlər digər 50 matçdakından artıqdi.
Bu göstəricidə Premyer Liqanın liderləri “Qarabağ”la “Qəbələ” gəncəliləri izləsə də, çox geri qalırlar. Digər 5 komandadan isə danışmağa dəyməz. Belə ki, “Kəpəz”in orta tamaşaçı sayı həmin komandaların 7 matçda topladığından yüksəkdi. 4-cü sırada isə “Sumqayıt”dı.
Son 4 pillədə isə Bakı klubları qərarlaşıb. Onlar arasında ən yaxşı nəticə “Neftçi”dədi. AZAL isə Premyer Liqada olduğu kimi burdada sonuncudu.
Ən çox tamaşaçı toplayan 6 oyun da Gəncədə baş tutanlardı. Qərblilərin bütün matçlarında 5000 və ya daha çox izləyici olub. İlk sırada isə VI turun “Kəpəz” – “Qarabağ” görüşüdü – 14 min 238. XIII turun AZAL – “Sumqayıt” və XIV turun “Neftçi” – AZAL görüşlərində antirekord qeydə alınıb – 150 tamaşaçı.
|
yer |
klub |
tamaşaçı |
oyun |
orta |
|
1 |
Kəpəz |
53238 |
6 |
8873 |
|
2 |
Qarabağ |
9500 |
7 |
1357 |
|
3 |
Qəbələ |
9600 |
8 |
1200 |
|
4 |
Sumqayıt |
8390 |
7 |
1199 |
|
5 |
Neftçi |
6900 |
7 |
986 |
|
6 |
Zirə |
5400 |
7 |
771 |
|
7 |
İnter |
4900 |
7 |
700 |
|
8 |
AZAL |
2500 |
7 |
357 |
|
|
|
100428 |
56 |
1793 |