[b]Topaz Premyer Liqası 1 gün tez başa çatacaq[/b]
16.05.2016 - 14:58
[b]Topaz Premyer Liqası 1 gün tez başa çatacaq[/b]

Topaz Premyer Liqasının sonuncu – XXXVI turunun oyun cədvəlində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, turun görüşləri əvvəlcədən nəzərdə tutulduğu kimi mayın 21-də deyil, bundan bir gün öncə keçiriləcək.

 

Buna səbəb  yarışı mükafatçılar sırasında bitirmiş komandalara medalların təqdim olunacağıdı. Eyni zamanda, mayın 21-də  17 yaşlı futbolçulardan ibarət milli komandalar arasında Bakıda keçirilən Avropa çempionatının final görüşü baş tutacağından Premyer Liqa görüşlərinin vaxtının dəyişdirilməsi məqsədəuyğun hesab olunub.

 

Mənbə: pfl.az