[b]Topaz Premyer Liqası 8 klubun ümidinə qaldı[/b]
31.05.2016 - 08:41
[b]Topaz Premyer Liqası 8 klubun ümidinə qaldı[/b]

AFFA-nın Lisenziya Komissiyasının iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda 2016-2017-cı il mövsümündə Topaz Premyer Liqası yarışında iştirak etmək hüququnu verən lisenziya üçün müraciət etmiş klubların sənədlərinə baxılıb.

 

Bunun üçün müraciət etmiş, lakin mayın 16-dakı ilk iclasadək tələb olunan sənədləri tam həcmdə təqdim etməmiş klublara verilən əlavə 14 gün başa çatıb. Bu məqsədlə keçirilən iclasda klublardan heç birinin sənədləri tam şəkildə təqdim etmədiyi müəyyənləşib.

 

Mövcud vəziyyətlə bağlı Lisenziyalaşdırma qrupu tərəfindən hesabat hazırlanaraq Lisenziya Komissiyasına və AFFA-nın rəhbərliyinə təqdim olunacaq.

 

Qeyd edək ki, mayın 16-da keçirilən ilk iclasda 8 klubla (AZAL PFK, İnter PİK, Kəpəz PFK, Qarabağ FK, Qəbələ İK, Neftci PFK, Sumqayıt FK və Zirə PFK) ilə bağlı müvafiq qərarlar açıqlanıb. Onlara növbəti mövsümdə Premyer Liqa yarışlarında iştirak etmək üçün lisenziya verilib. Digər komandalar 14 günlük güzəştdən də istifadə etmədiyindən yalnız 8 klub çempionatda oynamaq hüququna malikdi.