[b]Topaz Premyer Liqası bir dəqiqəlik sükutla başlayacaq[/b]
16.08.2016 - 16:06
[b]Topaz Premyer Liqası bir dəqiqəlik sükutla başlayacaq[/b]

Topaz Premyer Liqasında III turun oyunları bir dəqiqəlik sükutla başlayacaq. Bu barədə apasport.az saytına Peşəkar Futbol Liqasının (PFL) Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib.

 

Buna səbəb I divizion təmsilçisi “Zaqatala” klubunun düşərgəsində baş verən ölüm hadisəsidi.

 

Belə ki, yenidən kollektivə qayıdan nigeriyalı futbolçu Maykl Umanyika komandanın dünənki məşqi zamanı dünyasını dəyişib. Bu səbəbdən də PFL-in təşəbbüsü ilə çempionatın həftəsonu keçiriləcək III turunun bütün qarşılaşmalarından öncə bir dəqiqəlik sükut olacaq.

 

Qeyd edək ki, III turda “Zirə” – AZAL, “İnter” – “Kəpəz” (19 avqust), “Qarabağ” - “Neftçi” (20 avqust) və “Qəbələ” – “Sumqayıt” (21 avqust) oyunları baş tutacaq.