Dünyanın ən güclü futbol liqalarının siyahısı açıqlanıb. Apasport.az saytının məlumatına görə, Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) hər il olduğu kimi, yenə çempionatların reytinqini müəyyənləşdirib.
Siyahıda planetin 40 ən güclü liqası yer alıb. 2015-ci ilin yekunlarına əsasən tərtib olunan siyahıya Azərbaycan çempionatı da daxil edilib.
Topaz Premyer Liqası dünyanın 38-ci çempionatıdı. Liqamızın hesabında 445 xal var. Azərbaycan çempionatı 1 il əvvəlki ilə müqayisədə bir addım geriləyib.
Belə ki, Premyer Liqa 2014-cü ilin yekunlarında 37-ci olmuşdu.
Qeyd edək ki, siyahıda ilk 3 pilləni İspaniya (1262), İtaliya (1177) və Almaniya (1044) çempionatları tutur. Türkiyə Superliqası 10 pillə irəliləyərək, 17-ci yerə yüksəlib – 613 xal.
- Ronaldo özünü “xəyanətə uğramış” hiss edir – Jezuş yalan danışıb
- Sabiq "Yunayted"li "Portu"da: 36 yaşlı müdafiəçi ilə 1 illik müqavilə
- Batrakov Türkiyə tribunalarına heyran qalıb: “65 min nəfər səs salanda meydanda heç nə eşidilmir”
- Kurtua hakimlikdən danışdı: “Bizə bir cür izah edirlər, bir həftə sonra əksini edirlər”
- Türkiyə millisində iki yeni çağırış – U-21-dən əsas yığmaya