[b]XXIII turun oyunları 1 dəqiqəlik sükutla başlayacaq[/b]
26.02.2016 - 14:36
[b]XXIII turun oyunları 1 dəqiqəlik sükutla başlayacaq[/b]

Topaz Premyer Liqasının XXIII turunun oyunları 1 dəqiqəlik sükutla başlayacaq. Bu barədə məlumatın apasport.az saytına Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev verib.

 

O bildirib ki, sabah baş tutacaq qarşılaşmalardan öncə Akif İsmayılovun xatirəsi 1 dəqiqəlik sükutla yad olunacaq.

 

Premyer Liqa klubları bununla da 1999-2015-ci illər aralığında Tofiq Bəhramov adına Respublika stadionunun direktoru vəzifəsində çalışmış İsmayılovun ruhuna ehtiram nümayiş etdirəcək.

 

Qeyd edək ki, stadionun sabiq direktoru bu gün vəfat edib.