[b]Topaz Premyer Liqasında 1 dəqiqəlik sükut[/b]
28.03.2014 - 18:36
[b]Topaz Premyer Liqasında 1 dəqiqəlik sükut[/b]

Topaz Premyer Liqasının XXVIII turunun son oyunlarından öncə 1 dəqiqəlik sükut elan olunacaq. Apasport.az saytı xəbər verir ki, bazar günü paytaxtda baş tutan 2 matçda 31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar faciə qurbanlarının xatirəsi anılacaq.

Bu barədə Peşəkar Futbol Liqasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev məlumat verib. O bildirib ki, yalnız martın 30-da baş tutacaq matçlardan öncə 1 dəqiqəlik sükut elan ediləcək.

Qeyd edək ki, son oyun günündə “İnter” – “Rəvan” və “Qarabağ” – “Qəbələ” görüşləri keçiriləcək.

0