Topaz Premyer Liqasının təqvimində dəyişiklik edilib. Apasport.az saytının məlumatına görə, ilin sonuncu - XIV turun qarşılaşmalarının vaxtı dəyişdirilib.
Buna “Sumqayıt”, “Zirə”, “Neftçi” və AZAL klublarının Peşəkar Futbol Liqasına müraciət etməsi səbəb olub. Adları qeyd olunan klublar Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyunları ilə Topaz Premyer Liqasının XIV turunun görüşləri arasında vaxtın az olduğunu əsas gətiriblər.
Klublar dekabrın 16-da baş tutmalı olan “Sumqayıt” – “Zirə” və “Neftçi” – AZAL görüşlərinin bir gün sonraya keçirilməsini xahiş ediblər. Bütün bunları nəzərə alan PFL XIV turun həmin iki matçının dekabrın 17-də oynanılmasına razılıq verib.