[b]Topaz Premyer Liqasında antirekord[/b]
08.02.2016 - 12:09
[b]Topaz Premyer Liqasında antirekord[/b]

Topaz Premyer Liqasında antirekord qeydə alınıb. Apasport.az saytının məlumatına görə, çempionatın XX turu intizamsızlığı ilə diqqət çəkib.

 

Mövsümün ən intizamsız turunda 5 futbolçuya qırmızı vərəqə göstərilib. Bu da VII turun antirekordunu arxada qoyub. Həmin vaxt hakimlər 4 qırmızı vərəqə göstərmişdi.

 

XX turda Filyo Jairo Rodriges (“Neftçi”), Emin Mehdiyev (“Sumqayit”), Tagim Novruzov (AZAL) və Ruslan Cəfərov (“Xəzər Lənkəran”) ikinci sarı vərəqə üzündən meydandan kənarlaşdırılıb. Yasin Həmid (“Rəvan”) isə birbaşa qırmızı vərəqə alıb.

 

Ümumiyyətlə isə mövsüm ərzində 34 dəfə hakimlər belə sərt cəzaya əl atıblar. 6 turda belə qərar verilməyib. “Neftçi” və “Sumqayıt” mövsümdə 6-cı dəfə qırmızı vərəqə ilə cəzalandırılıbsa, “Xəzər Lənkəran” 5-ci, “Rəvan” 4-cü dəfə intizamsızlığı ilə seçilib. AZAL isə çempionatda ilk dəfə oyunçusunun meydandan qovulmasına üzülüb. Digər komandalardan “İnter”lə “Zirə”nin hərəyə 4, “Kəpəz”in 2, “Qarabağ”la “Qəbələ”nin 1 qırmızı vərəqəsi var.

 

tur

Qırmızı vərəqə

I

3

II

2

III

2

IV

2

V

2

VI

2

VII

4

VIII

3

IX

1

X

2

XI

-

XII

-

XIII

-

XIV

2

XV

-

XVI

-

XVII

1

XVIII

3

XIX

-

XX

5