[b]Topaz Premyer Liqasında mövsümün yeni rekordu[/b]
11.04.2016 - 11:42
[b]Topaz Premyer Liqasında mövsümün yeni rekordu[/b]

Topaz Premyer Liqasında 2015/16 mövsümünün yeni rekordu qeydə alınıb. Apasport.az-ın PFL-in rəsmi saytına istinadən məlumatına görə, rəqib meydanında “Rəvan”ı 4:0 hesabı ilə məğlub edən “Zirə” çempionatın ən böyükhesablı səfər qələbəsini qazanıb.

 

Bunadək rəqib meydanında qazanılan yeganə böyükhesablı qələbə də “Rəvan”la matça təsadüf etmişdi. Ötən il sentyabrın 25-də “Qəbələ” səfərdən 3 cavabsız qolla dönmüşdü. Mövsümün digər 9 böyük hesabı isə meydan sahiblərinin qələbəsi ilə rəsmiləşib.

 

Bu, həm də “Zirə”nin Premyer Liqadakı ən böyük fərqlə qalib gəldiyi matç olub. Bunadək yalnız 1 belə qələbəsi olan paytaxt klubu evdə “Neftçi”ni 3 top fərqilə udmuşdu – 3:0. Səfərdə ilk dəfə böyük hesabla qalib gələn “Zirə” bu dəfə daha məhsuldar olub.

 

0