Sabah Topaz Premyer Liqasında III tura start veriləcək. Apasport.az saytının məlumatına görə, qarşıdakı tur əvvəlkilərdən xeyli fərqlənəcək.
Belə ki, artıq mövsümün ilk təxirəsalması baş tutub. Bu üzdən də tur 4 deyil, cəmi 3 qarşılaşmadan ibarət olacaq. Bu matçların üçü də Bakıda keçiriləcək.
“Qəbələ” – “Sumqayıt” görüşünün qeyri-müəyyən vaxta keçirilməsi daha bir qeyri-adilik yaradıb. Turun oyunları 3 günə, amma arada bir gün fasilə olmaqla baş tutacaq. Zirvədə qərarlaşan “qırmızı-qaralar”ın turu buraxması üzündən az qala bütün komandaların liderliyi ələ keçirməsi mümkün olsa da, “Qəbələ”nin ilk pillədə qalması da istisna deyil.
İlk oyun günündə iki matç keçirildikdən sonra yaranacaq qısa fasilədən sonra tura yekun vurulacaq. Bu tur həm də çempionatın təqvimi bəlli olan hissəsinin son turudu. Çünki yalnız ilk 3 həftəsinin oyunlarının tarixi bəlli olan Premyer Liqanın növbəti qarşılaşmalarının vaxtı hələ də bilinmir.
Məhz bu qeyri-müəyyənlik III turdan sonra fasilənin yaranacağını əminliklə söyləməyə imkan vermir. Amma böyük ehtimalla bu həftə keçiriləcək matçlardan sonra milli komandaların oyunları ilə bağlı fasilə yaranacaq.
Qısa, eyni zamanda qeyri-adi tura Zirədə start veriləcək. Qəsəbənin eyniadlı komandası çempionatın autsayderi AZAL-ı qəbul edəcək. Qola və qələbəyə həsrət “təyyarəçilər” tilsimi paytaxt derbisində qırmağa çalışacaq. Tərlan Əhmədovun yetirmələri ötən mövsümdən start götürən 6 matçlıq qələbə həsrətinə son qoysa, bir neçə pillə irəliləyəcək. “Zirə” isə bir neçə saatlıq liderliyə də yüksələ bilər. Bunun üçün Adil Şükürovun komandasına qələbə qazanmaq lazımdı.
Çempionatın lideri “Qəbələ”nin buraxacağı tur 1-ci yerin sahibinin dəyişməsi ilə nəticələnəcək. Yalnız top fərqində “qırmızı-qaralar”dan geri qalan “İnter” vahid liderlik arzusundadı. Zaur Svanadzenin yetirmələrinin rəqibi də bunun üçün münasib rəqibdi. 5 matçdı qələbə, 3 oyundu qol həsrətində olan “Kəpəz” tarixi ərzində Bakıda “İnter”ə qalib gəlməyib.
“Bankirlər” 3 xalla turu vahid lider kimi tamamlayacaqsa, bərabərlik onlara ən azı 2 günlük zirvədə qərarlaşmaq imkanı verəcək. Qərblilər isə sonuncu pilləyə şərik olmaqdan qurtulmaq üçün mübarizə aparacaq. Şahin Diniyevin yetirmələri səfərdə sensasiyaya nail olub, 3 xal qazansa, turnir cədvəlində bir neçə pillə irəliləmək imkanı qazanacaq.
Turun sonuncu qarşılaşması da Bakıda keçiriləcək. Ölkə çempionatlarının daimi iştirakçıları “Neftçi” və “Qarabağ” sonuncuların meydanında üz-üzə gələcək. Hər iki komandanın ev oyunlarını keçirdiyi stadionun qazonunda problemlərin yaranması üzündən son illərin çempionlarının ikisi də “Əlincə Arena”ya sığınıb.
Bu matçda qələbə qazanacaq komanda hətta liderliyə yiyələnə bilər. Bunun üçün “İnter”in xal itirməsi lazımdı. “Ağ-qaralar”a “Zirə”nin də qələbəsi mane ola bilər. Lakin “Qarabağ” – “Neftçi” qarşılaşmasında qalib gələn komanda ən pis halda ilk “üçlük”də yer alacaq. Ağdamlılar bu oyunda qol sevinci yaşasa, ardıcıl 20-ci çempionat görüşündə meydanı fərqlənmədən tərk etməmiş olacaq.
Topaz Premyer Liqası
III tur
19 avqust (cümə)
19:00. “Zirə” – AZAL
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vüsal Qənbərov, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Əhmədağa Cabbarov
Zirə İdman Kompleksinin stadionu
21:00. “İnter” – “Kəpəz”
Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rahil Ramazanov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Hakim-inspektor: Kərim Ağayev
“İnter Arena”
21 avqust (bazar)
20:00. “Qarabağ” – “Neftçi”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Mehman Mahmudov
Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Hakim-inspektor: Murad Məmmədov
“Əlincə Arena”
|
1. |
Qəbələ |
2 |
1 |
1 |
0 |
2-0 |
4 |
|
2. |
İnter |
2 |
1 |
1 |
0 |
2-1 |
4 |
|
3. |
Qarabağ |
2 |
1 |
0 |
1 |
3-2 |
3 |
|
4. |
Zirə |
2 |
1 |
0 |
1 |
1-1 |
3 |
|
5. |
Sumqayıt |
2 |
1 |
0 |
1 |
1-2 |
3 |
|
6. |
Neftçi |
2 |
1 |
0 |
1 |
2-1 |
3 |
|
7. |
Kəpəz |
2 |
0 |
1 |
1 |
0-2 |
1 |
|
8. |
AZAL |
2 |
0 |
1 |
1 |
0-2 |
1 |