[b]TPL: X turun oyun cədvəli açıqlandı[/b]
26.10.2016 - 15:40
[b]TPL: X turun oyun cədvəli açıqlandı[/b]

Topaz Premyer Liqasının X turunun oyun cədvəli açıqlanıb. Apasport.az saytının məlumatına görə, iki günü əhatə edəcək tura “Qəbələ” – “Neftçi” matçı ilə start veriləcək.

 

Tura Bakıda keçiriləcək “İnter” – “Sumqayıt” qarşılaşması ilə yekun vurulacaq.

 

Qeyd edək ki, turun bütün görüşləri “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Topaz Premyer Liqası

X tur

29 oktyabr (şənbə)

15:00. “Qəbələ” – “Neftçi”
Qəbələ şəhər stadionu
 

17:00. AZAL – “Qarabağ”
“AZAL Arena”

30 oktyabr (bazar)

14:00. “Zirə” – “Kəpəz”
Zirə İdman Kompleksinin stadionu

16:00. “İnter” – “Sumqayıt”
“İnter Arena”

0