Topaz Premyer Liqasında mövsümün sonuna iki tur qalıb. Apasport.az saytının məlumatına görə, mövsümün ikinci yarısının ən yaxşısı adına 3 namizəd var.
Əgər çempionat qış fasiləsindən sonra başlasaydı və yalnız 2018-ci ili əhatə etsəydi, qalib hələ müəyyənləşməzdi. Düzdü, son 12 oyunda 25 xal toplayan “Qarabağ” çempion olduğu mövsümün ikinci yarısında da hələlik hamıdan yaxşıdı. Qurban Qurbanovun yetirmələri cəmi 1 dəfə uduzduğu dövrdə hamıdan az – 4 top buraxması ilə də öyünür.
Fasilədən sonra həm oyun, həm nəticə baxımından xeyli artıran “Neftçi” liderdən yalnız 1 xal geri qalır. Hesabat turunda çempionu məğlub edən Tərlan Əhmədovun komandası məhsuldarlıqda ilin ən yaxşısıdı. Üstəlik, nəzərə alaq ki, bakılılar bunu rəhbərliyin baş məşqçi üzərindəki təzyiqinə rəğmən bacarıblar. Klub rəhbərliyinin hər işinə qarışdığı və göndərməyə çalışdığı Əhmədovun kollektivi 12 matçda 17 qol vurub ki, bu, 2018-ci ilin ən yaxşı göstəricisidi. Eyni zamanda paytaxt təmsilçisi “Qarabağ”dan sonra ən az məğlubiyyət görən iki komandadan biridi.
2018-ci ildə ən yaxşı olmağa “Sumqayıt”ın da nəzəri şansları var. Lakin son 3 turda cəmi 1 xal qazanan Samir Abasovun yetirmələri hələlik 3-cü göstəriciyə malikdi.
Qış fasiləsindən sonra “Neftçi” kimi böyük irəliləyişə nail olan daha bir komanda “Keşlə”di. Yuri Maksimovun kollektivi bu ilin cədvəlində 4-cü yerdədi.
Mükafatlara iddialılardan “Qəbələ” və “Zirə” mövsümün ikinci yarısını o qədər də yaxşı keçirməyib. Bakılılar son pilləni yalnız “Səbail” üzərində qələbə ilə tərk edib.
1 |
Qarabağ |
12 |
7 |
4 |
1 |
11-4 |
25 |
2 |
Neftçi |
12 |
7 |
3 |
2 |
17-10 |
24 |
3 |
Sumqayıt |
12 |
5 |
5 |
2 |
16-12 |
20 |
4 |
Keşlə |
12 |
4 |
5 |
3 |
16-15 |
17 |
5 |
Qəbələ |
12 |
3 |
6 |
3 |
13-11 |
15 |
6 |
Səbail |
12 |
2 |
4 |
6 |
9-14 |
10 |
7 |
Zirə |
12 |
1 |
5 |
6 |
9-17 |
8 |
8 |
Kəpəz |
12 |
1 |
4 |
7 |
6-14 |
7 |