[b]Transfer qadağası ləğv olundu[/b]
20.12.2016 - 16:24
[b]Transfer qadağası ləğv olundu[/b]

FİFA tərəfindən “Real”a verilən transfer qadağası ilə bağlı yekun qərar açıqlanıb. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, məsələyə baxan Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) İspaniya klubunun cəzasını yüngülləşdirib.

 

Belə ki, qurum FİFA-nın kəsdiyi iki dönəmlik transfer qadağasının birini ləğv edib. Qərara görə, “kral klubu” yalnız 2017-ci ilin qış fasiləsində heyətini gücləndirə bilməyəcək. Madridlilər artıq cari mövsümün sonunda transferlər həyata keçirməkdə sərbəst olacaqlar.

 

Qeyd edək ki, yeniyetmə futbolçuların transferində qanunsuzluğa yol verdikləri üçün “Real” və “Atletiko” klublarına FİFA tərəfindən sentyabr ayında iki dönəm transfer qadağası qoyulmuşdu.