[b]Türkiyə millisinin müdafiəçisi Çexiya klubuna keçir[/b]
09.07.2017 - 22:58
“Qalatasaray”ın futbolçusu Semih Kaya klubdan ayrılıb. Apasport.az saytının məlumatına görə, müdafiəçi Praqa “Sparta”sına keçir.
Türkiyə mətbuatında yer alan xəbərlərdə Çexiya klubunun 26 yaşlı müdafiəçi üçün İstanbul təmsilçisinə 2 milyon avro ödəyəcəyi bildirilib.
Müqavilə barədə ətraflı məlumatın yaxın günlərdə açıqlanacağı bildirilir.
Qeyd edək ki, Türkiyə millisinin də üzvü olan Semih 2011-ci ildən “sarı-qırmızılar”ın şərəfini qoruyur.
0
0