“Fənərbaxça”nın baş məşqçisi Dik Advokat gözlənilməz qərar qəbul edib. Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, hollandiyalı çalışdırıcı iki futbolçunu komandadan uzaqlaşdırıb.
Bunlar nigeriyalı hücumçu Emmanuel Emenike və Advokatın həmyerlisi olan müdafiəçi Qreqori van der Vildi. Klubun rəsmi saytına adıçəkilən oyunçuların bundan sonra əsas komanda ilə birlikdə məşq etməyəcəkləri bildirilib. Emenike və van der Vil onlar üçün müəyyən ediləcək xüsusi proqramla məşq keçəcəklər. Hər iki oyunçunun qış fasiləsində komandadan göndərilməsi gözlənilir.
Qeyd edək ki, Emenike mövsümlərarası fasilədə icarədən qayıtmışdısa, van der Vil PSJ-dən transfer edilmişdi.