Türkiyə Superkubokunun tarixi və yeri bəlli olub. Apasport.az saytının Türkiyə Futbol Federasiyasının (TFF) rəsmi saytına istinadən məlumatına görə, matçın keçirilmə vaxtı dəyişdirilib.
Superliqa çempionu “Beşiktaş”la ölkə kubokunun qalibi “Qalatasaray” arasında oynanılacaq Superkubok qarşılaşması öncə avqustun 11-nə təyin edilmişdi. Lakin TFF oyunu iki gün sonraya – yəni avqustun 13-də salıb.
Yeni mövsüm öncəsi baş tutacaq derbiyə Konya şəhəri ev sahibliyi edəcək. Belə ki, federasiya görüşün Konya Büyükşəhər Stadionunda keçirilməsini qərara alıb. Matçın başlama saatı hələlik açıqlanmayıb.
Qeyd edək ki, Superkubokun ötənilki qalibi “Bursaspor” üzərində 1:0 hesablı qələbə qazanan “Qalatasaray” olub.