İngiltərə və Fransa ilə yoldaşlıq oyunları keçirəcək Hollandiya yığmasının heyəti açıqlanıb. Apasport.az saytı xəbər verir ki, “narıncılar”ın baş məşqçisi Danni Blind 25 futbolçuya dəvət göndərib.
“Qalatasaray”ın yarımmüdafiəçisi Uesli Sneyder yığmaya dəvət alsa da, “Fənərbaxça”nın hücumçusu Robin van Persi millidən kənarda qalıb.
Qapıçılar: Yasper Sillessen (“Ayaks”), Jeron Zut (“PSV Eyndhoven”), Kennet Vermeer (“Feyenord”)
Müdafiəçilər: Timo Letsxert (“Utrext”), Deyli Blind (“Mançester Yunayted”, İngiltərə), Ron Vlar (“Alkmar”), Erik Piters (“Stok Siti”, İngiltərə), Virgil van Deyk (“Sauthempton”, İngiltərə), Daril Yanmat (“Nyukasl”, İngiltərə), Ceffrey Bruma, Yetro Villems (hər ikisi “PSV Eyndhoven”), Joel Veltman (“Ayaks”)
Yarımmüdafiəçilər: Uesli Sneyder (“Qalatasaray”, Türkiyə), Yordi Klasi (“Sauthempton”, İngiltərə), Corcinyo Veynaldum (“Nyukasl”, İngiltərə), Devi Propper (“PSV Eyndhoven”), Rişedli Bazur, Devi Klassen (hər ikisi “Ayaks”)
Hücumçular: Memfis Depay (“Mançester Yunayted”, İngiltərə), Kvinsi Promes (“Spartak”, Rusiya), Vinsent Yanssen (“Alkmar”), Klas-Yan Huntelar (“Şalke”, Almaniya), Yurgen Lokadiya, Lusiano Narsinq, Luk de Yonq (hamısı “PSV Eyndhoven”)