[b]Türkiyəli futbolçu UEFA-nın “11-liy”ində[/b]
08.06.2016 - 17:01
[b]Türkiyəli futbolçu UEFA-nın “11-liy”ində[/b]

UEFA Avropa çempionatına qatılacaq 21 yaşadək futbolçular arasından ən güclü “11-lik” müəyyənləşdirib. Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, İspaniya, Almaniya, İngiltərə və Fransa yığmasının hər birinin 2 üzvünün adı siyahıya düşüb. Klub sayına görə isə “Bavariya” hamını qabaqlayıb. Yeni transfer Renato Sançesi də nəzərə alsaq, Münhen təmsilçisinin 3 oyunçusu ən güclü gənc “11-lik”də özünə yer tapıb. “Mançester Yunayted”in isə 2 hücumçusu heyətə düşə bilib.

 

Türkiyə millisinin yeni tapıntısı Əmrə Mor da ən yaxşı 3 gənc hücumçudan biri hesab edilib.

 

Ən istedadlı gənclərin “11-liy”i:

Qapıçı: Serxio Riko (“Sevilya” - İspaniya)

Müdafiəçilər: Joşua Kimmix (“Bavariya” - Almaniya), Niko Elvedi (“Borussiya” Mönhenqladbax – İsveçrə), Ektor Bellerin (“Arsenal” - İspaniya)

Yarımmüdafiəçilər: Leroy Sane (“Şalke” - Almaniya), Dele Alli (“Tottenhem” – İngiltərə), Renato Sançes (“Benfika” / “Bavariya” - Portuqaliya), Kinqsli Koman (“Bavariya” - Fransa)

Hücumçular: Əmrə Mor (“Nordsyelland” / “Borussiya” Dortmund – Türkiyə), Markus Reşford (“Mançester Yunayted” – İngiltərə), Antoni Marsial (“Mançester Yunayted” - Fransa).

 

Qeyd edək ki, Fransada təşkil edilən Avropa çempionatı iyunun 10-da start götürəcək və iyulun 10-dək davam edəcək.