[b]Türkmənistan millisindən Bakıda ilk qələbə[/b]
26.12.2016 - 10:16
[b]Türkmənistan millisindən Bakıda ilk qələbə[/b]

Bakıda təlim-məşq toplanışında olan futzal üzrə Türkmənistan millisi 3-cü yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Asiya Oyunlarına hazırlaşan türkmənistanlılar “Yasamal” klubu ilə görüşüb.

 

Qonaqlar bu qarşılaşmada 8:3 hesabı ilə qalib gəlib. Bu, asiyalıların Bakıda ilk qələbəsi olub.

 

Bunadək Türkmənistan yığması keçirdiyi iki matçda 1 heç-heçəyə sevinmişdi. “Araz”a 3:4 hesabı ilə uduzan qonaqlar “Neftçi” ilə “sülh” bağlamışdı – 5:5.